Menyu

"Arsenal" "İnter"in müdafiəçisi ilə maraqlanır

Operativ Media
"Arsenal" "İnter"in müdafiəçisi ilə maraqlanır

Londonun "Arsenal" klubu "İnter"in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır.

Operativ Media xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İngiltərə klubunun rəhbərliyi Mikel Artetanın taktiki sxeminin 25 yaşlı italyan futbolçunun güclü tərəflərinə tam uyğun gəldiyini hesab edir. "İnter" isə oyunçu üçün 90-100 milyon avro civarındakı təklifləri nəzərdən keçirməyə hazırdır.

Bastoni 2017-ci ilin avqustunda "Atalanta"dan "İnter"ə transfer olunub. Cari mövsümdə o, meydana çıxdığı 33 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin Milan klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 80 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər