Lionel Messi Peleyə çatdı
Dünya futbolunun iki nəhəngi - Lionel Messi və Braziliya əfsanəsi Pele kişi futbolçular arasında ən çox cərimə zərbəsi qolu vuran oyunçuların siyahısında eyni pillədə qərarlaşıblar.
Operativ Media xəbər verir ki, Messi bu rekordda Peleyə "İnter Mayami" və "Orlando Siti" arasında keçirilən MLS (Major League Soccer) matçında çatıb. Qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş vaxtda cərimə zərbəsindən möhtəşəm qol vuran Messi, Mayami təmsilçisinin 4:2 hesablı qələbəsini təmin edib.
Bu, Messinin karyerasında cərimə zərbəsindən vurduğu 70-ci qol olub. Bununla da o, kişi futbolu tarixində ən çox cərimə zərbəsi qolu vuranlar siyahısında Pele ilə birlikdə ikinci pilləni bölüşür. Siyahının zirvəsində isə aktivində 77 qol olan braziliyalı Juninyo qərarlaşıb.
Messi və Peledən sonra üçüncü pillədə hər biri 66 qol vuran Braziliya əfsanəsi Ronaldinyo və Viktor Leqrotalye yer alır.