Menyu

Federasiya Şurası Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarında hərbi vəziyyətin elan olunması ilə bağlı Putinin fərmanını təsdiqləyib

Nərmin Qocamanlı
Federasiya Şurası Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarında hərbi vəziyyətin elan olunması ilə bağlı Putinin fərmanını təsdiqləyib

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarında hərbi vəziyyətin elan olunması ilə bağlı Rusiya Prezidenti Vladimir Putininin fərmanını təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu gün Federasiya Şurasının plenar iclasında prezident fərmanına baxılıb və sənəd səsverməyə qoyulub.

Senatorlar yuxarıda qeyd olunan regionlarda hərbi vəziyyətin elan olunması haqqında prezident fərmanını təsdiqləyiblər.

 

Əlaqəli Xəbərlər