Menyu

"Tottenhem"in futbolçularının maaşı 50 faiz azala bilər - SƏBƏB

Operativ Media
"Tottenhem"in futbolçularının maaşı 50 faiz azala bilər - SƏBƏB

"Tottenhem" klubu Premyer Liqanı tərk edəcəyi təqdirdə, futbolçuların əksəriyyətinin maaşı təxminən 50 faiz azaldılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, bu bənd Deniel Levinin ötən ilin sentyabrında London klubunun idarə heyətinin sədri vəzifəsindən gedişindən əvvəl imzalanmış bütün müqavilələrə daxil edilib.

"Tottenhem" İngiltərə Premyer Liqasının 2025/26 mövsümündə keçirdiyi 28 matçda 29 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Hazırda komandanı aşağı liqaya düşmə zonasından cəmi 4 xal ayırır. "Tottenhem" növbəti oyununu martın 5-də "Kristal Pelas"a qarşı keçirəcək.

Qeyd edək ki, London təmsilçisi sonuncu dəfə 1977-ci ildə aşağı liqaya (Çempionşip) düşüb.

Əlaqəli Xəbərlər