"Qarabağ" - "Şamaxı" oyununun biletləri satışa çıxarılır
Operativ Media
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçiriləcək "Qarabağ" – "Şamaxı" matçının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılır.
Operativ Media xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 20 manat təşkil edir. Azarkeşlər biletləri bu gündən etibarən "iTicket.az" saytı vasitəsilə onlayn qaydada əldə edə bilərlər. Oyun günü isə biletlər həm onlayn platformada, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.