"Flamenqo" baş məşqçisi ilə yollarını ayırıb
Operativ Media
"Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Filipe Luis ilə yolları ayırıb.
Operativ Media xəbər verir ki, məlumatı “Globo” yayıb.
Mənbənin məlumatına görə, məşqçinin istefası ilə bağlı qərar Karioka Liqasında “Madureyra”ya qarşı matçın start fitindən əvvəl qəbul olunub.
Həmin görüşdə “Flamenqo” 8:0 hesablı qələbə qazanıb. Matçdan sonra isə Felipe Luisin istefası baş tutub.
Qeyd edək ki, braziliyalı mütəxəssis 2024-cü ildən “Flamenqo”nu çalışdırır. A seriyası təmsilçisi Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya Kubokunu və Superkubokunu qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net