Menyu

Laporta: "Barselona"nın finala yüksələcəyinə inanıram"

Operativ Media
Laporta: "Barselona"nın finala yüksələcəyinə inanıram"

"Barselona" klubunun prezidenti Joan Laporta kataloniyalıların İspaniya Kral Kubokunun finalına çıxacağına inandığını bildirib.

Operativ Media xəbər verir ki, yarımfinalın ilk görüşündə "göy-qırmızılar" "Atletiko"ya 0:4 hesabı ilə məğlub olublar.

"Bütün '"Barsa"lılar kimi mən də geri dönüşə inanıram. Bu, mümkündür və azarkeşlərimiz buna kökləniblər. Bizim bu nəticəni qazanmağa qadir, bacarıqlı və motivasiyalı komandamız var. Bu, gənc və sərbəst komandadır. Onların əhval-ruhiyyəsinə bələdəm və hesab edirəm ki, vəziyyətdən çıxışın ən yaxşı yolu budur. Sabah komandaya dəstək vermək üçün onların yanında olacağıq", — deyə "Mundo Deportivo" Laportadan sitat gətirib.

Xatırladaq ki, cavab qarşılaşması martın 3-də Barselonada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Əlaqəli Xəbərlər