AFFA Hakimlər Komitəsi "Karvan-Yevlax" üçün maarifləndirici seminar keçirib
Operativ Media
AFFA Hakimlər Komitəsi "Karvan-Yevlax"ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.
Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma