Menyu

TFF "Qalatasaray"ın oyununu təxirə saldı

Operativ Media
TFF "Qalatasaray"ın oyununu təxirə saldı

Türkiyə Super Liqasında 27-ci turun iki oyunu təxirə salınıb.

Operativ Media xəbər verir ki, buna səbəb klubların avrokuboklardakı oyunlarıdır. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edən “Qalatasaray”la Konfrans Liqasında yoluna davam edən “Samsunspor”un oyunu nəzərdə tutulan vaxtda baş tutmayacaq. TFF qarşılaşmaların nə vaxt keçiriləcəyini növbəti günlərdə açıqlayacaq.

“Qalatasaray” UEFA Çempionlar Liqasında “Liverpul”la (10-18 mart), “Samsunspor” isə Konfrans Liqasında “Rayo Valyekano” ilə (12-19 mart) üz-üzə gələcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər