Azərbaycan Avstriya Qran-Prisində 7 cüdoçu ilə təmsil olunacaq
Operativ Media
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 6–8 mart tarixlərində Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
Operativ Media xəbər verir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.
Heyəti təqdim edirik:
Kişilər
-60 kq
Murad Muradlı
-66 kq
Ruslan Paşayev
İslam Rəhimov
-81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə
+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net