UEFA "Qalatasaray"ı cəzalandırdı: Səfər oyununa azarkeş qadağası və pul cəzası
UEFA, "Yuventus"la keçirilən matçda baş verən hadisələrə görə "Qalatasaray" klubuna 40 min avro məbləğində pul cəzası və növbəti səfər oyununu azarkeşsiz keçirmə cəzası verib.
Operativ Media xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "sarı-qırmızılı"lar martın 10-u, çərşənbə axşamı günü "Liverpul"u qəbul edəcək. Türkiyə təmsilçisi cavab qarşılaşması üçün isə martın 18-i, çərşənbə günü İngiltərəyə səfər edəcək. Bu kritik oyunlar ərəfəsində UEFA-nın qərarı klub üçün gözlənilməz olub. 1/8 finalın pley-off mərhələsində "Yuventus"la səfər matçında yaşanan insidentlər səbəbindən "sarı-qırmızılı"lara növbəti səfər oyunu üçün tribunalara azarkeş gətirmək qadağan edilib.
Cəza qərarı açıqlandıqdan dərhal sonra hərəkətə keçən "Qalatasaray" rəhbərliyi qərardan rəsmi şəkildə apellyasiya şikayəti verməyə hazırlaşır.