Menyu

İraq millisinin baş məşqçisi BƏƏ-ni tərk edə bilmir

Operativ Media
İraq millisinin baş məşqçisi BƏƏ-ni tərk edə bilmir

İraq milli komandasının baş məşqçisi Qrem Arnold 2026-cı il dünya çempionatının qitələrarası pley-off matçları ərəfəsində BƏƏ-ni tərk edə bilmir.

Operativ Media xəbər verir ki, bu haqda İraq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komanda martın 31-də Meksikanın Monterrey şəhərində Boliviya və Surinam cütünün qalibi ilə qarşılaşmalıdır.

Məlumata görə, Arnold hava məkanının bağlanması səbəbindən BƏƏ-dən çıxa bilmir. Bundan əlavə, bir neçə futbolçu və personal üzvü səfirliklərin bağlı olması səbəbindən Meksikaya viza ala bilmir.

"Sadiq azarkeşlərimizi əmin edirik ki, vəziyyəti izləyən FİFA və AFK ilə sıx təmasdayıq", – deyə bəyanatda qeyd olunub.

Əlaqəli Xəbərlər