Azərbaycan Kuboku: 1/4 final mərhələsinə yekun vurulacaq
Operativ Media
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Operativ Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Komandalar arasında keçirilən ilk oyunda Kurban Berdıyevin yetirmələri 1-0 hesabı ilə qalib gəlib. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:30-da start götürəcək.
Sonuncu oyunda isə "Qəbələ" "Sabah"la üz-üzə gələcək. İlk oyunu 0-0 hesabı ilə başa çatan matç saat 18:00-da Qəbələ şəhər stadionunda oynanılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net