Menyu

I Liqa klubu legioner hücumçu ilə gücləndi

Operativ Media
I Liqa klubu legioner hücumçu ilə gücləndi

I Liqada mübarizə aparan "Şimal" heyətinə yeni legioner cəlb edib.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisi kot-d'ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Donald karyerası ərzində Moldovanın "Saksan" və Azərbaycanda "Mingəçevir" komandalarında çıxış edib. Hücumçunun "Şimal"ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, hazırda aktivində 8 xal olan "Şimal" turnir cədvəlində 10-ci pillədə qərarlaşıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər