Menyu

Dünyanın ən bahalı müdafiəçilərinin siyahısı açıqlanıb

Operativ Media
Dünyanın ən bahalı müdafiəçilərinin siyahısı açıqlanıb

Dünya futbolunun ən dəyərli müdafiəçilərinin siyahısı açıqlanıb.

Operativ Media "Transfermarkt" portalına istinadən xəbər verir ki, reytinq cədvəlinə 78 milyon funt-sterlinq dəyəri ilə "Arsenal"ın üzvü Uilyam Saliba başçılıq edir. Onun ardınca hər birinin bazar dəyəri 70 milyon funt-sterlinq olan Pau Kubarsi, Əşrəf Hakimi və Alessandro Bastoni gəlir.

Siyahının növbəti pillələrində 65 milyon funt-sterlinq dəyərlə Nunu Mendeş və Qabriel Maqalhaes qərarlaşıblar. Din Hüysen, Villian Paço, Yoşko Qvardiol, Yurrien Timber, Dayo Upamekano və Trent Aleksander-Arnoldun hər birinin qiyməti 61 milyon funt-sterlinq olaraq qiymətləndirilir.
Miki van de Ven və Jül Kunde 57 milyon funt-sterlinq, Alvaro Karreras, Alexandro Balde, Kristian Romero və Ruben Diaş isə 52 milyon funt-sterlinq dəyərindədir. Siyahını 48 milyon funt-sterlinqlə Murilyo və Leni Yoro tamamlayır.

Əlaqəli Xəbərlər