Neymar zədələnən Rodriqoya dəstək olub
Braziliyalı ulduz futbolçu Neymar zədə alan həmyerlisi Rodriqoya sosial şəbəkə vasitəsilə emosional mesaj göndərib. O, Rodriqonun zədələndiyini eşidəndə çox kədərləndiyini bildirib.
Operativ Media xəbər verir ki, təcrübəli hücumçu bu barədə "İnstagram" şəxsi hesabında paylaşım edib.
"Bu gün mənim üçün ən kədərli günlərdən biridir. Sənin zədələndiyini eşidəndə gözlərimin önündən sanki bir film keçdi.
Bu zədəni yaşamaq – bütün o əzablar, bütün o narahatlıq və belə bir zədədən keçmək qorxusu...
Mənim 10 nömrəm, mənim balam, mənim varisim, səndən yalnız bir şey xahiş edirəm: indi öz psixoloji durumuna diqqət et. Səni sevən bütün insanları ətrafına topla. Özün də dediyin kimi, bunu məhz indi yaşamağa layiq deyildin… amma Tanrının planlarını sorğulamaq bizə düşməz.
Kiçik qardaşım, güclü ol! Əminəm ki, sən yenidən uçaraq meydanlara qayıdacaqsan.
Səni sevirəm! Sən mənə necə dəstək olmuşdunsa, mən də hər zaman sənin yanında olacağam".
