20 Mart 2023, 10:38
Dünya bazarında neft qiymətləri düşüb
Dünya bazarında neft qiymətləri düşüb şəkil
Dünya bazarında neft qiymətləri düşüb

Resessiya riski səbəbindən tələb perspektivləri ilə bağlı narahatlıqlar fonunda dünya bazarında neft qiymətləri düşüb.

"Operativ Media" birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin may fyuçersləri 0,95 % ucuzlaşaraq 1 bareli 72,28 ABŞ dollarına satılıb. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə 0,79 % düşüb və 1 bareli 66,4 ABŞ dolları təşkil edib.

Davam edən qeyri-müəyyənliklər fonunda treyderlər ehtiyatlı davranmağa üstünlük verirlər. Ötən həftə bazarlarda bank sektoru ilə bağlı volatillik müşahidə edilib. İnvestorlar monetar siyasətin sərtləşdirilməsinin banklara təsir etdiyindən narahatdır. Bu tendensiyalar iqtisadi perspektivə və neftə olan tələb proqnozlarına mənfi təsir göstərir.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib