Azərbaycan I Liqası: "Şəfa" evdə, "Mingəçevir" səfərdə qələbə qazandı
Operativ Media
Azərbaycan I Liqasında 17-ci tura start verilib.
Operativ Media xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Bütün görüşləri eyni vaxtda başlayıb.
Lider "Şəfa" "Şahdağ Qusar"ı 2-1 hesabı ilə məğlub edib. "Mingəçevir" isə səfərdə "Baku Sportinq"ə 1-0 hesabı ilə qalib gəlib. "Zaqatala" isə doğma meydanda "Şimal"a 3-4 hesabı ilə uduzub.