Linz Qran-Prisi: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
Martın 5-də Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 59 ölkədən 479 idmançı mübarizə aparacaq.
Sabah start götürəcək Daşkənd Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 13:00-dan etibarən "Judo TV"də, final bloku isə saat 20:00-dan "CBC Sport" telekanalında canlı yayımlanacaq. Yarış martın 8-də başa çatacaq.
Kişilər
-60 kq, 1/8 final
Murad Muradlı – Maksim Taran (Almaniya)
-66 kq, 1/16 final
Ruslan Paşayev – Eran Fiks (İsrail) / Yusuf Nurkoviç (Monteneqro) cütünün qalibi ilə
İslam Rəhimov – Andreas Prokop (Avstriya) / Alessio De Luka (İtaliya) cütünün qalibi ilə
-81 kq, 1/32 final
Vüsal Qələndərzadə – Takahiro Yamaşina (Yaponiya)
-81 kq, 1/16 final
Ömər Rəcəbli – Yohan Silot (ABŞ) / Benedek Tot (Macarıstan) cütünün qalibi ilə
+100 kq, 1/16 final
Camal Qamzatxanov – Uesli Qriniç (Böyük Britaniya)
Uşanqi Kokauri – Yakub Sordil (Polşa)