Menyu

Lionel Messi ilk dəfə Ağ Evdə: Tramp çempionları qəbul etdi

Əziz Əzizli
Lionel Messi ilk dəfə Ağ Evdə: Tramp çempionları qəbul etdi

"İnter Mayami" futbol klubu MLS Kubokunda qazandığı çempionluq münasibətilə ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi təntənəli qəbulda iştirak edib.

Operativ Media xəbər verir ki, komanda ötən ilin noyabrında "Vankuver" üzərində qələbə qazanaraq bu kuboka sahib çıxıb. Bu, klubun 2020-ci ildə liqaya qatılmasından sonra əldə etdiyi ilk çempionluqdur.

Klubun nümayəndə heyətinin tərkibində hücumçu Lionel Messi də yer alıb. Bu, argentinalı ulduzun Ağ Evə ilk səfəridir. Belə ki, o, 2025-ci ilin yanvarında ölkənin keçmiş prezidenti Co Bayden tərəfindən təqdim olunan prezident medalının təqdimetmə mərasimində iştirak edə bilməmişdi.

Qeyd edək ki, fevral ayında ABŞ-nin hokkey üzrə yığma komandası da 2026-cı il Qış Olimpiya Oyunlarında qazandıqları qızıl medallar münasibətilə Ağ Evi ziyarət etmişdi.

Messi "İnter Mayami"yə 2023-cü ilin yayında qoşulub. Ötən ilin oktyabrında isə o, klubla müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər