Menyu

Messi ABŞ Prezidentinə imzalı top hədiyyə edib

Əziz Əzizli
Messi ABŞ Prezidentinə imzalı top hədiyyə edib

“İnter Mayami”nin hücumçusu Lionel Messi Ağ Evdə təşkil olunan təntənəli qəbul zamanı ABŞ Prezidentinə klubun rənglərində hazırlanmış və üzərində oyunçuların imzaları olan xatirə topu hədiyyə edib.

Operativ Media “ESPN”ə istinadən xəbər verir ki, Donald Tramp Messiyə müraciətlə bunları deyib:

“Leo, sən ABŞ-ye gəldin və qalib oldun. Bu, çox çətin və qeyri-adi bir nailiyyətdir. Düzünü desəm, sənin üzərində heç kimin təsəvvür edə bilməyəcəyi qədər böyük təzyiq var”.

Xatırladaq ki, “İnter Mayami” heyəti Ağ Evə MLS Kubokundakı çempionluq münasibətilə təşrif buyurub. Bu, Messinin ABŞ Prezidenti ilə ilk görüşüdür. Argentinalı ulduz 2025-ci ilin yanvarında – ölkəyə Co Bayden rəhbərlik etdiyi dövrdə Prezident Azadlıq Medalının təqdimetmə mərasimində iştirak edə bilməmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər