Menyu

U23 Avropa çempionatı: Azərbaycanın güləş üzrə heyəti müəyyənləşib

Operativ Media
U23 Avropa çempionatı: Azərbaycanın güləş üzrə heyəti müəyyənləşib

Martın 9-dan 15-dək Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı keçiriləcək.

Operativ Media xəbər verir ki, Azərbaycan millisi yarışa hər üç güləş növü üzrə tam heyətlə qatılacaq.

Sərbəst güləşçilər martın 9-dan 11-dək mübarizə aparacaqlar. Baş məşqçi Cəbrayıl Həsənovun rəhbərliyi altında komandanın heyətində Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) çıxış edəcəklər. Məşqçi funksiyasını Taymuraz Kokoyev və Şərif Şərifov yerinə yetirəcəklər.
Qadın güləşi üzrə yarışlar martın 11-13-nə təsadüf edir. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi ilə çempionatda Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) qüvvələrini sınayacaqlar.
Sonda, martın 13-dən 15-dək isə yunan-roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, eləcə də məşqçilər Sabah Şəriəti və Rəsul Cəzinidən ibarət məşqçilər heyəti Fərid Sadıxlı (55 kq), Ayxan Cavadov (60 kq), İlkin Qurbanov (63 kq), Fərid Xəlilov (67 kq), Fəraim Mustafayev (72 kq), Rəvan Nuriyev (77 kq), Elmin Əliyev (82 kq), Səid Axundzadə (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdanova (130 kq) etimad göstərəcək.
Qeyd edək ki, çempionatda Azərbaycanı I dərəcəli beynəlxalq dərəcəli hakimlər Vüqar Şükürov və Kamran Əliyev təmsil edəcəklər.

Əlaqəli Xəbərlər