Menyu

"Sumqayıt" və "Qəbələ"nin futbolçusu iki oyunluq cəzalandırıldı

Operativ Media
"Sumqayıt" və "Qəbələ"nin futbolçusu iki oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərində qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, komitənin qərarına əsasən, “Zirə” – “Sumqayıt” matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç 2 oyunluq cəzalandırılıb. Klub isə 1000 manat məbləğində cərimə edilib.

“Qarabağ” – “Şamaxı” qarşılaşmasında isə meydana kənar şəxsin daxil olması səbəbindən “Qarabağ” 2500 manat cərimə olunub. Həmin oyunda “Şamaxı”nın 4 futbolçusunun sarı vərəqə alması isə klubun 700 manat cərimələnməsinə səbəb olub.

Digər bir qərar isə “Qəbələ” – “Sabah” oyunu ilə bağlıdır. “Qəbələ”nin futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb və klub 1000 manat cərimə ödəməli olacaq.

Əlaqəli Xəbərlər