Menyu

"Sheki City" xərəkdaşıyanlara görə 200 manat cərimələndi

Operativ Media
"Sheki City" xərəkdaşıyanlara görə 200 manat cərimələndi
1 dəq oxu

AFFA İntizam Komitəsi II Liqanın XVI turunda keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, qərarlara əsasən, “Xankəndi” – “Araz Saatlı” oyununda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” 70 manat, “Ağstafa Gəncləri” – “Göygöl” matçında təşkilati-texniki öhdəlikləri pozduğuna görə “Ağstafa Gəncləri” 100 manat cərimə edilib. Həmin oyunda “Göygöl”ün futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəza alıb və klubu 50 manat cərimələnib.

Eyni zamanda, “Sheki City” – “Ağdaş” qarşılaşmasında xərəkdaşıyan heyətin olmaması səbəbindən “Sheki City” 200 manat cərimə ilə üzləşib.

“Dinamo” – “Şirvan” matçında isə hər iki komanda intizam qaydalarını pozub. Belə ki, hər iki klubun 4 futbolçusu sarı vərəqə aldığı üçün həm “Dinamo”, həm də “Şirvan” komandalarının hər biri 70 manat məbləğində cərimə edilib.

Əlaqəli Xəbərlər