Menyu

Azərbaycanlı iş adamı futboldan uzaqlaşdırıldı

Əziz Əzizli
Azərbaycanlı iş adamı futboldan uzaqlaşdırıldı

Türkiyənin 1-ci Liqasında mübarizə aparan “Serikspor” klubunun sahibi və səhmdarı, azərbaycanlı iş adamı Tufan Sadıqov FIFA tərəfindən futbol fəaliyyətlərindən kənarlaşdırılıb.

Operativ Media xəbər verir ki, qərar Rusiya Futbol Federasiyasının FIFA-ya etdiyi rəsmi müraciətdən sonra qəbul olunub. Məlumata görə, FIFA İntizam Komitəsi Sadıqovun üzərində təsir gücünə malik olduğu idman klubu ilə bağlı təqdim olunan dəlilləri araşdıraraq, onun bütün dünyada futbol fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsinə dair hökm çıxarıb.

Xatırladaq ki, futbolçuların maaşlarını ödəyə bilmədiyi üçün bir müddət öncə FIFA tərəfindən "Serikspor"un transfer qadağası qüvvəyə minmişdi. İş adamının bu cəzası klubun gələcək idarəçiliyində ciddi böhrana səbəb ola bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər