Ayaz Quliyev "Sabah"dan "Arsenal"a keçidi haqda danışıb
Əziz Əzizli
“Sabah”ın sabiq yarımmüdafiəçisi Ayaz Quliyev Tula “Arsenal”ına keçidinin detallarından danışıb.
Operativ Media xəbər verir ki, o, bu haqda Rusiyanın “Sport-Express” saytına verdiyi müsahibədə deyib.
“Sabah”la müqaviləm başa çatırdı. “Arsenal”dan təklif aldım və razılaşdım. Burada məşqçilər heyətini yaxşı tanıyıram. Həmçinin, bu mövzu ilə bağlı Mirzovla da söhbətimiz olmuşdu. Başqa təkliflər də var idi, lakin burada hər şey çox tez konkretləşdi. Nəticədə belə qərar verdim”, – deyə Quliyev bildirib.
Xatırladaq ki, “Arsenal” 29 yaşlı futbolçu ilə müqavilə imzaladığını yanvarın 26-da rəsmən elan edib. Quliyev 2023-cü ildən 2026-cı ilə qədər “Sabah”ın şərəfini qoruyub. O, daha əvvəl 2021/22 mövsümündə də Tula təmsilçisinin heyətində çıxış edib.