Menyu

Premyer Liqa: “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edir

Operativ Media
Premyer Liqa: “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edir

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

Operativ Media xəbər verir ki, turun açılış matçında “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edəcək.

Yevlax şəhər stadionunda baş tutacaq görüşü baş hakim Əli Əliyev idarə edəcək. Hazırda Saşa İliçin komandası 31 xalla turnir cədvəlinin 6-cı, Fizuli Məmmədovun kollektivi isə 7 xalla sonuncu pilləsində yer alır.

Azərbaycan Premyer Liqası

XXIII tur

7 mart (şənbə)

15:00. “Karvan-Yevlax” – “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev

VAR: Fərid Hacıyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Asif Əliyev

Yevlax şəhər stadionu.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq.

Əlaqəli Xəbərlər