Linz Qran-Prisi: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır
Operativ Media
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri davam edir.
Operativ Media xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki təmsilçisi tatamiyə çıxacaq.
81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/32 final mərhələsində yaponiyalı Takahiro Yamaşina ilə qarşılaşacaq. Digər cüdoçumuz Ömər Rəcəbli isə 1/16 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi Yohan Silot (ABŞ) və Benedek Tot (Macarıstan) cütünün qalibi olacaq.
Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri saat 12:30-dan etibarən "JudoTV", final bloku isə saat 20:00-dan etibarən "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.