"Qarabağ" fransalı futbolçu ilə maraqlanır
Əziz Əzizli
"Qarabağ" FK heyətini yeni legionerlə gücləndirməyə hazırlaşır.
Operativ Media "Africa Soccer"ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Mərakeş əsilli fransalı futbolçu Jali Moaddiblə razılığa gəlib. Hazırda Kiprin "Omoniya" (Aradipu) klubunun şərəfini qoruyan 25 yaşlı sol cinah yarımmüdafiəçisi ilə bütün detallar razılaşdırılıb. Gözlənilməz bir maneə yaranmazsa, fransalı futbolçu yayda "köhlən atlar"ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Lill" klubunun yetirməsi olan Muaddib karyerası ərzində Fransanın "Anje" (əvəzedici komanda) və Rumıniyanın "Botoşani" klublarında çıxış edib. O, həmçinin Fransa gənclər yığmasının formasını da geyinib.