21 Mart 2023, 15:02
Çin lideri Rusiya Baş naziri ilə görüşüb

Çin prezidenti Si Cinpin Rusiya təmasları çərçivəsində baş nazir Mixail Mişustin ilə paytaxt Moskvada görüşüb.
"Operativ Media" xəbər verir ki, Rusiya hökumət binasında Mişustinlə görüşən Si Cinpin burada olmaqdan məmnun olduğunu bildirib.
Çin və Rusiyanın iki "dost ölkə" olduğunu bildirən Si, Prezident olaraq ilk olaraq Rusiyaya gəlməyi seçdik. Bu, tarixi məntiqə uyğundur. Çünki biz iki ən böyük qonşu dövlət və eyni zamanda strateji tərəfdaşıq", - deyə bildirib.
Dünən Rusiya prezidenti Vladimir Putinlə də görüşən Si Putini ölkəsinə dəvət etdiyini bildirib.
“Rusiya-Çin münasibətləri yeni dövrə qədəm qoyub”,- o, qeyd edib.