Menyu

"Barselona" Yamal üçün gələn 250 milyin avroluq təklifi rədd edib

Operativ Media
"Barselona" Yamal üçün gələn 250 milyin avroluq təklifi rədd edib

"Barselona"nın prezidenti Joan Laporta bildirib ki, PSJ hücumçu Lamin Yamalla maraqlanıb, lakin Kataloniya klubu vingeri satmaqdan imtina edib.

Operativ Media xəbər verir ki, bu haqda "AS" nəşri məlumat yayıb.

Laporta klubun mövqeyi ilə bağlı bunları deyib: PSJ-nin Yamalı 250 milyon avroya almaq cəhdi məni qürurlandırır, lakin biz buna "yox" dedik. Onun bizim komanda ilə 2030-cu ilə qədər müqaviləsi var».

Qeyd edək ki, 18 yaşlı Yamal 2023-cü ildən «göy-qırmızılılar»ın əsas heyətində çıxış edir. O, "Barselona"nın heyətində bütün turnirlər daxil olmaqla keçirdiyi 142 matçda 44 qol vurub və 49 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər