Menyu

"Qarabağ"ın hücumçusu Kolumbiya millisinə dəvət edildi

Operativ Media
"Qarabağ"ın hücumçusu Kolumbiya millisinə dəvət edildi

"Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

Operativ Media xəbər verir ki, 24 yaşlı hücumçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.

İndiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.

Qeyd edək ki, Kamilo 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər