"Nant" 73 yaşlı mütəxəssisə tapşırıldı
Operativ Media
Vahid Halilhodziç "Nant"ın yeni baş məşqçisi təyin olunub.
Operativ Media xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Anlaşmaya əsasən mütəxəssis mövsümün sonuna qədər "sükan arxasında" olacaq.
73 yaşlı bosniyalı məşqçi Əhməd Kantarinini əvəzləyib.
Qeyd edək ki, Halilhodzic 2018-ci ilin oktyabrından 2019-cu ilin avqustuna qədər də "Nant"ı çalışdırıb. Daha sonra isə Mərakeş millisinin baş məşqçisi olub. O, karyerası ərzində həmçinin PSJ, "Renn", "Lill", "Əl-İttihad", "Trabzonspor" və Əlcəzair, Yaponiya və Fil Dişi Sahili milli komandalarını da çalışdırıb.
"Nant" 25 turdan sonra 17 xalla Liqa 1-də 17-ci yerdədir.