19 Oktyabr 2022, 21:05
Bolqarıstan “Eurovision 2023”-dən imtina etdi
Bolqarıstan “Eurovision 2023”-dən imtina etdi şəkil
Bolqarıstan “Eurovision 2023”-dən imtina etdi

Bolqarıstan maliyyə çatışmazlığı səbəbindən “Eurovision 2023” mahnı müsabiqəsində iştirak etməyəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasının (BNT) idarə heyəti qərar verib.

BNT-nin idarə heyəti bildirib ki, yayımçının büdcəsi 2 milyon leva (bir milyon dollardan çox), xərcləri isə təxminən üç dəfə azalıb.

Bolqarıstan tərəfi onu da qeyd edib ki, “Eurovision” kimi şoular enerji böhranı fonunda özünü doğrultmur.

Oktyabrın 16-da məlum olub ki, bir sıra ölkələr Liverpulda keçiriləcək Eurovision 2023 Mahnı Müsabiqəsində iştirakdan imtina etmək qərarına gəliblər . Onların arasında: Monteneqro , Bosniya və Herseqovina , Şimali Makedoniya və Bolqarıstan. Bundan əlavə, Sloveniyadan olan iştirakçının qarşıdakı performansı şübhə altındadır .

Oktyabrın 7-də məlum olub ki, Eurovision 2023 Liverpulda, M&S Bank Arenada keçiriləcək . Birinci yarımfinal 2023-cü il mayın 9-da, ikinci yarımfinal mayın 11-də, final isə mayın 13-də baş tutacaq.

Son xəbərlər
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır