"Sabah"ın hücumçusu Premyer Liqada 50-ci qola çatdı
Operativ Media
Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurub.
Operativ Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki. onun yubileyi Misli Premyer Liqasının XXIII turunun "Qəbələ" ilə matçına (7:1) təsadüf edib.
Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb.
Azərbaycanda yalnız "Sabah"da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub.
O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.
Almaniyalı futbolçu 2021/2022 mövsümündə 11, növbəti çempionatda 17, 2023/2024 mövsümündə 1, ötən birincilikdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb və hazırda çempionatın bombardiridir.