FİFA prezidenti Tramp ilə DÇ-2026 və İran yığmasının iştirakını müzakirə edib
FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Tramp ilə 2026-cı il dünya çempionatına hazırlıq və İran yığmasının turnirdə iştirakı məsələlərini müzakirə etdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda İnfantino sosial şəbəkə hesabında paylaşım edib.
"Turnirin başlamasına cəmi 93 gün qalıb. Söhbət əsnasında biz İranla bağlı vəziyyətə toxunduq və bu ölkənin yığmasının dünya çempionatına uğurla vəsiqə qazandığını vurğuladıq. Prezident Tramp İran yığmasının turnirdə iştirak etməyə dəvət olunduğunu təsdiqlədi. Dünya çempionatı insanları bir araya gətirən mühüm hadisədir. Mən ABŞ prezidentinə futbolun birləşdirici gücünü bir daha önə çıxaran dəstəyinə görə səmimi qəlbdən təşəkkür edirəm".
Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.