21 Mart 2023, 20:41
Putin: "Qərb Ukraynada nüvə silahından istifadəyə çalışır"
Putin: "Qərb Ukraynada nüvə silahından istifadəyə çalışır" şəkil
Putin: "Qərb Ukraynada nüvə silahından istifadəyə çalışır"

Qərb ölkələri Ukraynada artıq nüvə komponenti olan slahlardan istifadə etməyə başlayır.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ÇXR sədri Si Cinpinlə Moskvada keçirdiyi danışıqlardan sonra deyib.

Böyük Britaniyanın tükənmiş uran mərmilərini Ukraynaya ötürmək planlarından danışan Rusiya lideri cavab tədbirləri görməyə məcbur olacaqlarını vurğulayıb:

"Bu gün məlum oldu ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ukraynaya təkcə tanklar deyil, həm də tükənmiş uranla mərmilər tədarük edəcəyini bəyan edib. Görünür ki, Qərb həqiqətən də Rusiya ilə sonuncu ukraynalı qalana qədər vuruşmağa qərar verib, nəinki sözdə, eləcə də əməldə. Rusiya buna reaksiya verməyə məcbur olacaq".

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini baronessa Annabel Qoldi bildirib ki, Ukraynaya "Challenger 2" əsas döyüş tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla döyüş sursatlarının tədarükü planlaşdırılır.

Son xəbərlər
Bakıda külək attraksionu aşırıb
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq