Menyu

"Qarabağ" braziliyalı müdafiəçi ilə maraqlanır

Operativ Media
"Qarabağ" braziliyalı müdafiəçi ilə maraqlanır

“Qarabağ”ın transfer hədəfindəki daha bir futbolçu müəyyənləşib.

Operativ Media xəbər verir ki, Ağdam təmsilçisi müdafiə xətti üçün Braziliyadan namizəd tapıb.

Belə ki, “Resife”nin mərkəz müdafiəçisi Marselo Ajul Azərbaycan çempionunun maraq dairəsindədir. “Qarabağ” 23 yaşlı oyunçunun transferi üçün Braziliya klubuna hətta rəsmi təklif də göndərib. Lakin təklif olunan məbləğ “Resife” rəhbərliyini qane etməyib.

Braziliyada bir neçə klubda çıxış etmiş Marselo Ajul yeganə legioner həyatı təcrübəsini 2023-24 mövsümündə Xorvatiyanın “Dubrava” klubunda keçib.

Müdafiəçinin “Resife” ilə müqavilə müddəti 2027-ci ilin sonuna qədərdir. Ajulun təxmini transfer dəyəri 100 min avro civarında qiymətləndirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər