Ana səhifə / Dünya / NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib 21.03.2023, 21:22 NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib. "Operativ Media" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq açıqlamasında deyib. Onun sözlərinə görə, Ukraynaya dəstək üçün döyüş sursatlarının istehsalı hazırda alyans ölkələrinin prioritet hədəfləri sırasındadır. Stoltenberq əlavə edib ki, NATO-nun 30 ölkəsindən yeddisi hazırda müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq məqsədinə nail olub. İyulda Vilnüsdə keçiriləcək sammitdə onlar yeni öhdəliklər götürməli və bu rəqəmi ÜDM-in 2%-dən çox artırmalıdırlar. NATO, həmçinin sualtı kabellər və boru kəmərləri də daxil olmaqla infrastrukturun mühafizəsini gücləndirir. Teqlər: "NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib"
14.02.2026, 18:42 Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq