Menyu

Niderland dövlət qulluqçularına TikTok-u qadağan edir

Niderland dövlət qulluqçularına TikTok-u qadağan edir

Niderland tezliklə dövlət işçilərinə iş üçün istifadə olunan mobil telefonlara TikTok proqramını yükləməyi qadağan edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra van Huffelen parlamentin aşağı palatasına ünvanladığı məktubda qeyd edib.

Bildirilir ki, ilkin mərhələdə dövlət qulluqçularının bu proqramdan könüllü imtina etməsi təşviq ediləcək, daha sonra isə ölkə rəhbərliyi məcburi qaydalar tətbiq etməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Belçika və Böyük britaniyada dövlət işçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib. Belçika Kibertəhlükəsizlik Mərkəzinin xəbərdarlığına görə, TikTok istifadəçilərdən məlumatlar toplayır. Bununla yanaşı, bir çox digər ölkələrdə də TikTok-la bağlı oxşar qadağalar tətbiq edilib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər