Çempionlar Liqasında "Həftənin Oyunçusu" adına namizədlər bəlli olub
UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adı uğrunda mübarizə aparan namizədlərin siyahısını yayımlayıb.
Operativ Media xəbər verir ki, martın 10-u və 11-də 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Səsvermədə "Mançester Siti" ilə qarşılaşmada (3:0) het-trik edən "Real"ın yarımmüdafiəçisi Federiko Valverde, "Çelsi" ilə oyunda (5:2) iki qol vuran və bir məhsuldar ötürmə edən "PSJ"-nin vingeri Xviça Kvarasxeliya, "Atalanta" ilə matçda (6:1) iki qol və bir ötürmə ilə yadda qalan "Bavariya"nın hücumçusu Maykl Olise və "Tottenhem"in qapısına iki yol tapan (5:2) və bir qolun ötürməsini verən "Atletiko"nun forvardı Xulian Alvares iştirak edirlər.
Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.