Menyu

Azərbaycan stolüstü tennisçiləri Berlində keçirilən beynəlxalq turnirdə mükafat qazanıblar

Operativ Media
Azərbaycan stolüstü tennisçiləri Berlində keçirilən beynəlxalq turnirdə mükafat qazanıblar

Stolüstü tennisçilərimiz Almaniyanın Berlin şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.

Operativ Media xəbər verir ki, oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata layiq görülüb. İstedadlı stolüstü tennisçilər Onur Quluzadə U 15, Ələkbər Mirzəliyev isə U 11 yaş dərəcəsində ücuncü yeri tutub. Komandamız bununla kifayətlənmək niyyətində deyil. Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət trio Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaq.

Əlaqəli Xəbərlər