Menyu

Azərbaycan 19 cüdoçu ilə Varşava turnirində təmsil olunacaq

Operativ Media
Azərbaycan 19 cüdoçu ilə Varşava turnirində təmsil olunacaq

Martın 14–15-də Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.

Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 31 ölkədən 359 idmançı mübarizə aparacaq.

Azərbaycan turnirdə 9 çəki dərəcəsində 19 cüdoçu ilə təmsil olunacaq. Milli komandamıza kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək. Turnirdə Azərbaycanı "A" kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov da təmsil edəcəklər.

Yarışda iştirak edəcək heyət aşağıdakı kimidir:

Qadınlar:

-57 kq: Gülnarə Bayramova

-70 kq: Aytac Qardaşxanlı

-78 kq: Nərmin Əmirli, Günel Həsənli

Kişilər:

-60 kq: Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov

-66 kq: Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov

-73 kq: İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev

-90 kq: Xəyyam Əliyev

-100 kq: Elmar Qasımov, Nihad Şıxəlizadə

+100 kq: Camal Feyziyev

Əlaqəli Xəbərlər