Menyu

Pakistanda zəlzələ nəticəsində 9 nəfər ölüb

Nərmin Qocamanlı
Pakistanda zəlzələ nəticəsində 9 nəfər ölüb

Əfqanıstanın Hindikuş bölgəsində dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı 9-a yüksəlib, 160-dan çox insan yaralanıb.

"Operativ Media" xəbər verir ki, Geo News televiziyasının xəbərinə görə, zəlzələ Əfqanıstanla sərhədə yaxın Hayber Paxtunxva əyalətində güclü hiss olunub.

Xayber-Paxtunxvada ölənlərin sayı 9-a çatıb, 160-dan çox yaralı var.  Ölənlər arasında 2 qadın və 2 uşaq da var.

İndiyədək ştatda 19 evə qismən ziyan dəyib.
 ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada 6,5 ​​bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilib.

Zəlzələ Pakistanın paytaxtı İslamabad, Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir çox başqa şəhərlərdə hiss olunub.

Teqlər:

"Pakistanda zəlzələ nəticəsində 9 nəfər ölüb"

Əlaqəli Xəbərlər