Menyu

"Trabzonspor"un futbolçusu 1 aylıq sıradan çıxdı

Operativ Media
"Trabzonspor"un futbolçusu 1 aylıq sıradan çıxdı

"Trabzonspor"un futbolçusu Arseniy Bataqov zədələnib.

Operativ Media xəbər verir ki, "Bordo-mavililər" ukraynalı futbolçunun sağ dizinin arxa hissəsində qismən bağ zədələnməsi və qaval sümüyünün arxa nahiyəsində geniş yayılmış sümük ödəmi aşkarlandığını açıqlayıb.

Məsələ ilə bağlı "Trabzonspor" klubunun yaydığı rəsmi məlumatda deyilir: "Kayserispor"la matçdan sonra sağ dizində ağrı və şişkinlik yaranan oyunçumuz Arseniy Bataqovun müayinə və görüntüləmə nəticəsində sağ dizinin arxa hissəsində qismən bağ zədələnməsi, qaval sümüyünün arxa nahiyəsində isə geniş yayılmış sümük ödəmi müəyyən edilib. Futbolçumuzun müalicəsinə tibb heyətimiz tərəfindən başlanılıb".

Sözügedən zədə səbəbindən Arseniy Bataqov 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, "Trabzonspor" qarşıdakı bir ay ərzində müvafiq olaraq "Rizəspor", "Əyyüpspor", "Qalatasaray" və "Alanyaspor"la qarşılaşacaq.

Əlaqəli Xəbərlər