Menyu

"İnter Mayami" "Mançester Siti"nin yarımmüdafiəçisini istəyir

Operativ Media
"İnter Mayami" "Mançester Siti"nin yarımmüdafiəçisini istəyir

"İnter Mayami" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə qatmaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bu haqda "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, MLS çempionu "Yuventus", "Benfika" və bir sıra digər klublarla yanaşı, 31 yaşlı portuqaliyalı futbolçunu azad agent qismində transfer etməkdə maraqlıdır. Qeyd edək ki, onun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Silva ilə aparılacaq əməkhaqqı danışıqlarına futbolçunun "Siti"dəki hazırkı maaşına yaxın bir rəqəmdən — mövsüm üçün 7-8 milyon avro civarından başlanılacaq.

Bernardo Silva 2017-ci ilin iyulundan "Mançester Siti"nin şərəfini qoruyur. O, 2025/2026 mövsümündə meydana çıxdığı 39 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 27 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər