Azərbaycan güləşçisi Avropa çempionu olub
Operativ Media
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Operativ Media xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Belarus təmsilçisi Marta Hetmanava ilə qarşılaşıb.
Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bununla da Günay Qurbanova Avropa çempionu olub. Gültəkin Şirinova (55 kiloqram) isə gümüş medal qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net