İran hakimiyyəti son həftələr ölkədə baş verən iğtişaşlara görə 14 xarici vətəndaşı həbs edib.
"Operativ Media" xəbər verir ki, bu barədə yarı rəsmi "Fars" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, həbs edilənlər ABŞ, Rusiya, Avstriya, Fransa, Böyük Britaniya və Əfqanıstan vətəndaşlarıdır.
"Həbs edilənlər arasında ən çox əfqan vətəndaşları var", - agentlik bildirib.