Menyu

Azərbaycan yığması FİBA Çempionlar Kubokunda mübarizəyə başlayır

Operativ Media
Azərbaycan yığması FİBA Çempionlar Kubokunda mübarizəyə başlayır

Tailandın paytaxtı Banqkokda basketbol 3x3 üzrə FİBA Çempionlar Kuboku start götürür.

Operativ Media-nın məlumatına görə, bu turnirdə Azərbaycanın qadınlardan ibarət yığması da mübarizə aparacaq. B qrupunda yer alan millimizin heyətində Erika Karter, Tatyana Deniskina, Aleksandra Mollenhauer və Brianna Freyzer çıxış edəcəklər. Komandamız bu gün Kanada və Tailand yığmaları ilə qarşılaşacaq.

Oyunların cədvəli:

13:20 Kanada – Azərbaycan

16:05 Tailand – Azərbaycan

Komandamız sabah isə İspaniya millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Kubokunun qalibi 2027-ci il Dünya Kubokuna, növbəti Çempionlar Kubokuna, eləcə də 2028-ci il Olimpiya Oyunlarına seçmə turnirə vəsiqə qazanacaq.

Əlaqəli Xəbərlər