Azərbaycan Monteneqro kubokunda 2 boksçu ilə təmsil olunacaq
Operativ Media
Martın 15-də Budvada boks üzrə Monteneqro kuboku start götürəcək.
Operativ Media xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə mübarizə aparacaq.
Yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar. Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.
Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.